14 may 2025. Çərşənbə

"Mançester Yunayted" Yan Oblakı transfer etmək istəyir


  • Transfer
  • 20:28 29.04.2025
  • Oxunma sayı: 49
"Mançester Yunayted" Yan Oblakı transfer etmək istəyir

"Atletiko Madrid"in qapıçısı Yan Oblak karyerasını "Mançester Yunayted"də davam etdirə bilər.

90deqiqe.Az-ın "El Nacional"a istinadən verdiyi xəbərə görə, "qırmızı şeytanlar" 32 yaşlı qolkiperlə maraqlanır.

İngilis klubu Andre Onana əvəzedicisi kimi baxdığı  sloveniyalı qolkiper üçün yaxın həftələrdə rəsmi təklif göndərməyə hazırdır.

“Döşək ustaları” Oblakı 30 milyon avroya buraxmağa hazırdır. “Mançester Yunayted”in 32 yaşlı futbolçu üçün bu məbləği ödəməyə hazır olduğu vurğulanır.







Transfer