- Transfer
- 23:21 16.05.2025
"Barselona"nın müdafiəçisi Jül Kunde karyerasını "Liverpul"da davam etdirə bilər.
90deqiqe.Az-ın "El Nacional"a istinadən verdiyi xəbərə görə, Mersisayd klubu "Real Madrid"ə keçməsi gündəmdə olan Trent Alexander-Arnoldun əvəzləyicisi kimi fransalı futbolçunu nəzərdən keçirir.
Hər iki Premyer Liqa klubu 26 yaşlı sağ cinah müdafiəçisinin transferi üçün Kataloniya təmsilçisinə 70 milyon avro təklif etməyə hazırdır. Buna baxmayaraq, "Barselona" rəhbərliyi Kundeni satmaq niyyətində deyil və futbolçunu komandanın vacib üzvlərindən biri hesab edir.
Transferlə bağlı danışıqların gedişatı yaxın günlərdə aydınlaşacaq.
Jül Kunde ilə "Arsenal" da maraqlanır.
Bu mövsüm Kunde bütün yarışlarda 52 oyun keçirib, 4 qol vurub və 8 məhsuldar ötürmə edib. Futbolçunun klubla hazırkı əmək müqaviləsi 2027-ci ilin yayına kimi nəzərdə tutulub.Transfermarkt portalında verilən məlumata görə, futbolçunun bazar dəyəri 60 milyon avrodur.