- Transfer
- 23:59 17.06.2025
"Çelsi"nin hücumçusu Kristofer Nkunku yay transfer pəncərəsində klubunu dəyişə bilər.
90deqiqe.Az-ın "Teamtalk"a istinadən yaydığı xəbərə görə, fransalı futbolçu ilə həm İngiltərənin "Arsenal", həm də İspaniyanın "Barselona" klubları maraqlanır.
"Topçular"ın baş məşqçisi Mikel Arteta Nkunkunun oyun üslubunun komandanın taktiki planlarına uyğun olduğunu düşünür və futbolçunu heyətə qatmaqda israrlıdır.
Digər tərəfdən, "Barselona" da 26 yaşlı hücumçunun potensialını yüksək qiymətləndirir və onu heyətə qatmaq üçün vəziyyəti yaxından izləyir.
Transferlə bağlı danışıqların yaxın həftələrdə intensivləşəcəyi gözlənilir.