- Transfer
- 05:56 15.06.2025
Dortmund "Borussiya"sının qapıçısı Qreqor Kobel yay transfer dönəmində "Çelsi"yə keçə bilər.
90deqiqe.Az-ın "Bild" nəşrinə istinadən yaydığı məlumata görə, London təmsilçisi 27 yaşlı isveçrəli qolkiperlə ciddi maraqlanır.
Bildirilir ki, əgər "Borussiya Dortmund" cari mövsümdə Çempionlar Liqasına vəsiqə qazana bilməsə, Kobelin transfer ehtimalı daha da yüksələcək. Klub, qapıçının satışından gəlir əldə etməyə hazırdır və 60 milyon avroya qədər təklifləri nəzərdən keçirməyə açıqdır.
Qeyd edək ki, Kobel hazırda Bundesliqanın ən sabit çıxış edən qapıçılarından biri hesab olunur.
Bu mövsüm Kobel bütün turnirlərdə 44 oyun keçirib, 65 qol buraxıb və 10 dəfə qapısını təmiz saxlayıb. Kobelin "Borussiya" ilə əmək müqaviləsi 2028-ci ilin ortalarına qədərdir.