15 iyun 2025. Bazar günü

"Mançester Yunayted" Qyokeresin transferi ilə bağlı razılığa gəlib


  • Transfer
  • 21:21 29.04.2025
  • Oxunma sayı: 65
"Mançester Yunayted" Qyokeresin transferi ilə bağlı razılığa gəlib

"Mançester Yunayted" "Sportinq" klubunun hücumçusu Viktor Qyokeresi transfer etmək üzərində işləyir.

90deqiqe.Az-ın "Football Transfers"ə istinadən yaydığı məlumata görə, 26 yaşlı forvard bir çox Avropa nəhənglərinin maraq dairəsində olsa da, “qırmızı şeytanlar” transfer yarışında önə keçib.

Məlumata əsasən, "Mançester Yunayted" artıq isveçli futbolçunun özü ilə razılığa gəlib və yaxın günlərdə transferin rəsmiləşdirilməsi gözlənilir.

Qeyd edək ki, daha əvvəl "Sportinq" klubu Qyokeres üçün təxminən 70 milyon avro tələb etmişdi.

Viktor Qyokeres bu mövsüm bütün turnirlərdə "aslanlar"ın heyətində 48 matçda 52 qol vurub və 12 məhsuldar ötürmə edib. Forvard bu yaxınlarda dörd qol vuraraq Avropanın “Qızıl buts”u uğrunda mübarizədə birinci yerə yüksəlib.







Transfer