14 may 2025. Çərşənbə

"Çelsi" müdafiəçini satmağı düşünür


  • Transfer
  • 21:59 29.04.2025
  • Oxunma sayı: 59
"Çelsi" müdafiəçini satmağı düşünür

"Çelsi" klubu mərkəz müdafiəçisi Uesli Fofananın gələcəyini yenidən dəyərləndirir.

90deqiqe.Az-ın məlumatına görə, 24 yaşlı futbolçunun tez-tez zədələnməsi onun komandadakı perspektivlərini sual altına alıb.

Klub rəhbərliyi yay transfer pəncərəsində fransız futbolçunun satışına açıqdır. Eyni zamanda, London təmsilçisi futbolçunun icarəyə verilməsi ilə bağlı təklifləri də nəzərdən keçirməyə hazırdır.

Qarşıdakı həftələrdə Fofananın gələcəyi ilə bağlı daha konkret qərarın veriləcəyi gözlənilir.

Transfermarkt portalı, Uesli Fofananın dəyərini 27 milyon avro olaraq dəyərləndirir. Bu mövsüm mərkəz müdafiəçisi Enzo Mareskanın komandasında 14 oyun keçirib. Futbolçunun müqaviləsi 2029-cu ilin ortalarına qədər nəzərdə tutulub.







Transfer