5 iyul 2026. Bazar günü

Mourinyo Kyezanı "Fənərbağça"da görmək istəyir


  • Transfer
  • 22:06 29.04.2025
  • Oxunma sayı: 152
Mourinyo Kyezanı "Fənərbağça"da görmək istəyir

"Fənərbağça"nın baş məşqçisi Joze Mourinyo "Liverpul"un vingeri Federiko Kyezanı komandasında görmək istəyir.

90deqiqe.Az-ın "Football Italia"ya istinadən yaydığı məlumata görə, təcrübəli çalışdırıcı İstanbul təmsilçisinin rəhbərliyindən 27 yaşlı futbolçunu transfer etməyi xahiş edib. 

Portuqaliyalı mütəxəssis "Yuventus"un keçmiş futbolçusunu qarşıdakı yay üçün əsas transfer hədəfi kimi müəyyənləşdirib.

İtaliyalı futbolçu üçün İngiltərədəki debüt mövsümü uğurlu alınmayıb. "Qırmızılar" yaxın zamanda Premyer Liqa çempionluğunu təmin etsələr də, futbolçunun komandaya verdiyi töhfə minimal olub.







Transfer