18 iyun 2025. Çərşənbə

Uorton üçün 60 milyon avro təklif


  • Transfer
  • 22:12 29.04.2025
  • Oxunma sayı: 75
 Uorton üçün 60 milyon avro təklif

"Kristal Pelas"ın gənc yarımmüdafiəçisi Adam Uorton Avropanın aparıcı klublarının diqqət mərkəzində qalmağa davam edir.

90deqiqe.Az-ın "The Sun Football"a istinadən yaydığı xəbərə görə, 21 yaşlı futbolçunun çıxışlarını həm Premyer Liqa nəhəngləri, həm də xarici komandalar yaxından izləyir.

Məlumata görə, "Liverpul" da Uortonun transferi uğrunda mübarizəyə qoşulub və futbolçunun inkişaf potensialını yüksək qiymətləndirir.

İngiltərəli yarımmüdafiəçinin transfer dəyəri təxminən 60 milyon avro olaraq qiymətləndirilir. Yaxın aylarda Uortonun gələcəyi ilə bağlı daha konkret qərarlar gözlənilir.

Adam Uorton bu mövsüm "Kristal Pelas"ın heyətində 25 oyunda 2 məhsuldar ötürmə edib. Müdafiəçi yarımmüdafiəçinin "qartallar"la müqaviləsi 2029-cu ilin ortalarına qədərdir.







Transfer