27 dekabr 2025. Şənbə

"Atletiko" Romero üçün hərəkətə keçib


  • Transfer
  • 22:36 29.04.2025
  • Oxunma sayı: 125
"Atletiko" Romero üçün hərəkətə keçib

"Atletiko Madrid" "Tottenhem"in mərkəz müdafiəçisi Kristian Romeronun transferini yaxın vaxtlarda yekunlaşdırmağı planlaşdırır.

90deqiqe.Az-ın "AS" nəşrinə istinadən yaydığı məlumata görə, Madrid təmsilçisi bu keçidi iyunun ortalarında start götürəcək Klublararası Dünya Çempionatına qədər rəsmiləşdirmək niyyətindədir.

"Atletiko" 27 yaşlı futbolçu üçün 40-50 milyon avro və əlavə bonuslar təklif etməyə hazırdır. Lakin "Tottenhem" argentinalı müdafiəçiyə görə təxminən 70 milyon avro tələb edir.

Romeronun özü də son müsahibəsində karyerasını İspaniyada davam etdirməyə maraqlı olduğunu bildirib. Artıq bir neçə aydır ki, "Atletiko Madrid" onu əsas transfer hədəflərindən biri kimi görür.







Transfer

“Əl-Hilal”dan “Real”a
  • Transfer
  • 23:18 25.12.2025
“Əl-Hilal”dan “Real”a