- Transfer
- 23:53 27.03.2026
"Atalanta"nın yarımmüdafiəçisi Edersonun yayda klubunu dəyişə bilər.
90deqiqe.Az-ın "AS" nəşrinə istinadən yaydığı məlumata görə, 25 yaşlı futbolçu bir neçə Avropa nəhənginin maraq dairəsindədir və bu klublardan biri də "Real Madrid"dir.
Bildirilir ki, Madrid klubu Klublararası Dünya Çempionatı öncəsi braziliyalını mümkün transferi ilə bağlı ilkin məlumat əldə edib. Lakin transferin reallaşması üçün "Atalanta" təxminən 75 milyon avro tələb edir. Hazırda tərəflər arasında danışıqlar davam edir.
Edersonun Berqamo klubu ilə hazırkı müqaviləsi 2027-ci ilin ortalarına qədərdir. Bu mövsüm yarımmüdafiəçi 45 oyun keçirib, beş qol vurub və komanda yoldaşlarına iki məhsuldar ötürmə edib.