- Transfer
- 23:21 16.05.2025
"Lion"un yarımmüdafiəçisi Rayan Çerki karyerasını “Arsenal”da davam etdirə bilər.
90deqiqe.Az-ın "CaughtOffside"yə istinadən verdiyi xəbərə görə, London klubu futbolçu üçün “Mançester Yunayted” və “Liverpul”la yanaşı, Almaniya və İtaliyanın bir sıra xarici komandaları ilə yarışa qoşulmağa hazırdı. "Topçular" artıq 21 yaşlı futbolçunun agenti ilə də əlaqə saxlayıb.
Fransalı futbolçunun qiyməti 35 milyon avro olacaq.
Onun Fransanın "Lion" klubu ilə hazırkı müqaviləsi 2026-cı ilin iyununda başa çatır, Çerkinin bu yay komandadan ayrılacağı gözlənilir.