14 dekabr 2025. Bazar günü

Luninin agenti "Real Madrid"lə əlaqə saxlayıb


  • Transfer
  • 22:26 01.05.2025
  • Oxunma sayı: 116
Luninin agenti "Real Madrid"lə əlaqə saxlayıb

"Real Madrid"in qapıçısı Andrey Lunin karyerasını Türkiyədə davam etdirə bilər.

90deqiqe.Az-ın "Todofichajes"ə istinadən verdiyi xəbərə görə, 26 yaşlı futbolçunun xidmətində  "Qalatasaray" klubu maraqlıdır.

Lunin Madrid klubundakı ikincilik statusundan narazıdır və daimi oyunçu olmaq istədiyi üçün gələcək təklifləri nəzərdən keçirmək istəyir. Futbolçunun agenti Xorxe Mendes artıq "Real Madrid"lə əlaqə saxlayıb və qapıçının digər təklifləri barədə klubla müzakirələr aparıb.

Luninlə bir neçə klubun, o cümlədən "Qalatasaray"ın da danışıqlar başladığı bildirilib.

Ukraynalı qolkiperin gələcəyi ilə bağlı yekun qərar hələ verilməyib.

Nüfuzlu Transfermarkt portalının ekspertləri Andrey Lunini 20 milyon avro qiymətləndirirlər. Ümumilikdə qolkiper “Real”ın heyətində 60 oyun keçirib və bu oyunda 70 qol buraxıb.







Transfer

Murillo bu klubların hədəfində
  • Transfer
  • 23:59 11.12.2025
Murillo bu klubların hədəfində