- Transfer
- 17:34 14.05.2025
Əlcəzairli yarımmüdafiəçi İbrahimə Maza "Herta Berlin"dən "Bayer"ə keçib.
90deqiqe.Az klubun rəsmi saytına istinadən xəbər verir ki, tərəflər 2030-cu ilə qədər uzunmüddətli əmək müqaviləsi bağlayıblar.
Müqavilənin dəyəri 12 milyon avrodur.
Bu mövsüm əlcəzairli Almaniya ikinci divizionunda 32 matçda iştirak edib. Yarımmüdafiəçi 7 qol vurub və 5 məhsuldar ötürmə edib.
Almaniya çempionatının 31 turundan sonra "Bayer" 67 xalla turnir cədvəlinin ikinci pilləsində qərarlaşıb. Xabi Alonsonun komandası birinci pillədəki Bayern Münhendən 8 xal geri qalır.