- Transfer
- 23:31 31.03.2026
"Bavariya"dan mövsümün sonunda ayrılacaq Tomas Müllerin gələcəyi hələlik bəlli deyil.
90deqiqe.Az xəbər verir ki, almaniyalı hücumçu ilə Yaponiyanın "Vissel Kobe", ABŞ-ın "Cincinnati", "San Dieqo", "Los Anceles" və "Çikayo Fayr" klubları maraqlanır.
Sözügedən komandalar artıq futbolçunun agenti ilə ilkin danışıqlar aparıb.
Təcrübəli futbolçunun özü isə hələlik gələcəyi ilə bağlı qərar verməyib.
"Bavariya"nın uzun illərdir formasını geyinən hücumçusu Tomas Müller yayda azad agent olacaq. Münhen təmsilçisi 35 yaşlı futbolçunun başa çatan müqaviləsini uzatmamaq qərarına gəlib.