- Transfer
- 17:34 14.05.2025
"Real Sosyedad"ın baş məşqçisi İmanol Alquasil yeni iş axtarışlarını davam etdirir.
90deqiqe.Az-ın "A Bola"ya istinadən verdiyi xəbərə görə, təcrübəli mütəxəssis Portuqaliya çempionatında çalışmağa yaxındır.
Belə ki, “Portu” klubu Alquasil ilə artıq danışıqlar aparıb və maliyyə daxil olmaqla bir çox məsələlərdə razılıq əldə olunub.
Təxminən 7 ildir San-Sebastian təmsilçisini çalışdıran Alquasilin yayda vəzifəsini könüllü şəkildə tərk edəcəyi gözlənilir.
Qeyd edək ki, o, bir müddət əvvəl “Bayer”in baş məşqçi postuna namizədlərdən biri kimi göstərilirdi, lakin indi daha real variant kimi “Portu” önə çıxır.
“Portu” hazırda liqada dördüncü yerdədir ki, bu da komandanın 1976-cı ildən bəri ən pis göstəricisidir.