14 dekabr 2025. Bazar günü

Darvin Nunes "Liverpul"dan ayrılmağa yaxındır


  • Transfer
  • 22:54 04.05.2025
  • Oxunma sayı: 103
Darvin Nunes "Liverpul"dan ayrılmağa yaxındır

Hücumçu Darvin Nunes yay transfer pəncərəsində “Liverpul”dan ayrıla bilər.

90deqiqe.Az-ın Todofichajes nəşrinə istinadən verdiyi məlumata görə, Mersisayd klubu uruqvaylı futbolçunu 40–45 milyon avro dəyərində alış öhdəliyi ilə icarəyə göndərmək variantını nəzərdən keçirir.

25 yaşlı forvardla “Atletiko Madrid” ciddi maraqlanır. Artıq Madrid təmsilçisi futbolçunun agenti ilə ilkin əlaqə də qurub.

Darvin Nunes 2022-ci ilin yayında “Benfika”dan “Liverpul”a transfer olunub. O vaxtdan bəri komandada 139 rəsmi oyuna çıxıb, 40 qol və 26 məhsuldar ötürmə ilə yadda qalıb.

Qeyd edək ki, Darvin Nunes 2019/2020 mövsümündə artıq İspaniyada – “Almeriya” klubunun heyətində çıxış edib.







Transfer

Murillo bu klubların hədəfində
  • Transfer
  • 23:59 11.12.2025
Murillo bu klubların hədəfində