28 mart 2026. Şənbə

Jorginyo karyerasını “Flamenqo”da davam etdirəcək


  • Transfer
  • 23:16 05.05.2025
  • Oxunma sayı: 121
Jorginyo karyerasını “Flamenqo”da davam etdirəcək

“Arsenal”ın yarımmüdafiəçisi Jorginyo karyerasını Braziliyanın “Flamenqo” klubunda davam etdirəcək.

90deqiqe.Az xəbər verir ki, 33 yaşlı futbolçu azad agent statusunda Cənubi Amerika təmsilçisinə keçəcək. Tərəflər üç illik müqavilə imzalayıblar.

Transferin iyulun əvvəlində, italyanın “Arsenal”la hazırkı müqaviləsi başa çatdıqdan sonra rəsmiləşəcəyi gözlənilir.

Jorginyo 2023-cü ilin yanvarında "Arsenal"a keçib. O, əvvəllər dörd il yarım "Çelsi"də çıxış edib. “Flamenqo” yeddi turdan sonra Braziliya A Seriyasının turnir cədvəlində ikincidir. Komanda son yarışda üçüncü olub.







Transfer