1 aprel 2026. Çərşənbə

Amorimdən Fernandeşin gələcəyi ilə bağlı açıqlama


  • Transfer
  • 23:26 07.05.2025
  • Oxunma sayı: 131
Amorimdən Fernandeşin gələcəyi ilə bağlı açıqlama

"Mançester Yunayted"in baş məşqçisi Ruben Amorim Səudiyyə Ərəbistanı klublarının maraqlandığı komandanın kapitanı Bruno Fernandeşin gələcəyi haqda danışıb.

90deqiqe.Az xəbər verir ki, portuqaliyalı mütəxəssis bu barədə jurnalistlərə açıqlama verib.

"O, liderdir, kapitandır. Təbii ki, ona maraq var... Amma biz onu "Mançester Yunayted"də saxlamaq istəyirik. O, dünyanın ən yaxşı futbolçularından biridir.

Daha əvvəl mətbuatda "Əl-Hilal"ın Fernandeşlə maraqlandığı barədə məlumatlar yayılmışdı. Səudiyyə klubunun "Mançester Yunayted"in yarımmüdafiəçisinə illik 65 milyon funt-sterlinqlik müqavilə təklif etdiyi vurğulanıb.

Fernandeş bu mövsüm bütün turnirlərdə 52 oyun keçirib, 19 qol vurub və 18 məhsuldar ötürmə edib. Futbolçunun klubla hazırkı əmək müqaviləsi 2027-ci ilin yayına kimi nəzərdə tutulub.Transfermarkt portalında verilən məlumata görə, futbolçunun bazar dəyəri 25 milyon avrodur.







Transfer