Qalatasaray klubu bu yay transfer etdiyi Valentine Ozornvaforu icarəyə göndərib.
Corner.az xəbər verir ki, Super Liqa təmsilçisi nigeriyalı müdafiəçini İspaniyanın 2-ci liqa təmsilçisi “Almeriya”ya icarəyə verməyə hazırlaşır.Bu barədə İstanbul klubunun rəsmi saytı məlumat yayıb. Məlumatda 20 yaşlı futbolçunun 1 illik icarəyə verilməsi ilə bağlı “Almeriya” ilə danışıqlar aparıldığı bildirilib.
Qeyd edək ki, “Qalatasaray” Ozornvaforu bu yay Nigeriyanın “Enyimba” klubundan 300 min avroya transfer edib.