14 dekabr 2025. Bazar günü

Qriliş "Mançester Siti"ni İtaliya klubuna dəyişir


  • Transfer
  • 21:19 08.05.2025
  • Oxunma sayı: 115
Qriliş "Mançester Siti"ni İtaliya klubuna dəyişir

“Mançester Siti”nin yarımmüdafiəçisi Cek Qriliş bu yay klubunu tərk edə bilər.

90deqiqe.Az-ın “The Sun” nəşrinə istinadən xəbər verir ki, İtaliyanın “Napoli” klubu 29 yaşlı futbolçu ilə maraqlanır. Komandanın yeni baş məşqçisi Antonio Konte Qrilişi yüksək dəyərləndirir və onun heyəti ciddi şəkildə gücləndirəcəyinə inanır.

Məlumata görə, Qriliş “Mançester Siti”nin yay transfer pəncərəsində həyata keçirəcəyi kadr dəyişikliklərinin bir hissəsi ola bilər. İngiltərəli futbolçunun karyerasını başqa bir Premyer Liqa klubunda deyil, xarici bir çempionatda davam etdirməyə üstünlük verəcəyi ehtimal olunur.







Transfer

Murillo bu klubların hədəfində
  • Transfer
  • 23:59 11.12.2025
Murillo bu klubların hədəfində