İtaliyanın “Udineze” klubu heyətinə yeni futbolçu cəlb edib.
Corner.az xəbər verir ki, A Seriyası təmsilçisi İngiltərənin “Uotford” klubunun yarımmüdafiəçisi Ken Semanı transfer edib.
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. İtaliya təmsilçisi Konqo əsilli 25 yaşlı futbolçunu 1 illik icarəyə götürüb. O, yeni klubunda 12 nömrəli forma ilə çıxış edəcək.
İsveç millisinə də dəvət alan Sema, 2018-ci ildən “Uotford”da çıxış edirdi.