14 dekabr 2025. Bazar günü

De Bruyne karyerasını A Seriyasında davam etdirə bilər


  • Transfer
  • 22:12 08.05.2025
  • Oxunma sayı: 104
De Bruyne karyerasını A Seriyasında davam etdirə bilər

"Mançester Siti"nin  yarımmüdafiəçisi Kevin De Bruyne karyerasını İtaliyada davam etdirmək istədiyini bildirib.

90deqiqe.Az-ın məlumatına görə, belçikalı futbolçunun nümayəndələri ötən həftə "Napoli"nin idman direktoru Covanni Manna ilə artıq görüş keçiriblər.

33 yaşlı futbolçunun karyerasını İtaliyada davam etdirmək istəyində belçikalı komanda yoldaşları Romelu Lukaku və Dris Mertens təsir edib. "Napoli"nin belçikalı yarımmüdafiəçiyə ilk yazılı təklifi gələn həftə etməli olduğu vurğulanıb.

Aprelin əvvəlində De Bruyne cari mövsümün sonunda "Mançester Siti"dən ayrılacağını açıqladı. Belçikalı 2015-ci ildən "Siti"də çıxış edir.







Transfer

Murillo bu klubların hədəfində
  • Transfer
  • 23:59 11.12.2025
Murillo bu klubların hədəfində