14 dekabr 2025. Bazar günü

"Napoli" "Liverpul"un hücumçusunu transfer etmək istəyir


  • Transfer
  • 22:35 08.05.2025
  • Oxunma sayı: 106
"Napoli" "Liverpul"un hücumçusunu transfer etmək istəyir

"Napoli" yay transfer pəncərəsində "Liverpul"un hücumçusu Darvin Nunesin transferini tamamlamaq istəyir. 

90deqiqe.Az-ın məlumatına görə, Neapol təmsilçisi 25 yaşlı futbolçu ilə maraqlanır. Mersisaydlılar uruqvaylı forvard üçün təxminən 50-55 milyon avro almaq istəyir.

Uruqvaylının transferində razılıq əldə olunmazsa "Napoli" "Lill"in hücumçusu Conatan Davidi də transfer etmək variantını nəzərdən keçirəcək.

Xatırladaq ki, Darvin Nunes bu mövsüm İngiltərə çempionatında "Liverpul"un heyətində 27 oyun keçirib, 5 qol vurub və iki məhsuldar ötürmə edib. Forvard 2022-ci ildən Mersisayd klubunda çıxış edir.







Transfer

Murillo bu klubların hədəfində
  • Transfer
  • 23:59 11.12.2025
Murillo bu klubların hədəfində