14 may 2026. Cümə axşamı

“Qarabağ” “Linfild”ə qarşı


  • Transfer
  • 22:49 22.08.2019
  • Oxunma sayı: 493
“Qarabağ” “Linfild”ə qarşı

Bu gün Avropa Liqasında pley-off mərhələsinin ilk oyunları keçiriləcək.

Corner.az xəbər verir ki, Azərbaycanın turnirdə yeganə təmsilçisi olan “Qarabağ” da növbəti oyununa çıxacaq. Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv Şimali İrlandiyanın “Linfild” klubu ilə qarşılaşacaq. “Vindsor Park” stadionunda keçiriləcək qarşılaşma saat 22:45-də start götürəcək.

“Qarabağ”ın heyətində cəzalı Riçard Almeyda ilə zədəli Rahil Məmmədov “Linfild”lə qarşılaşmada forma geyinməyəcək. Komandalar arasındakı cavab oyunu avqustun 29-da keçiriləcək.

Avropa Liqası, pley-off mərhələsi, ilk oyun

22 avqust

Linfild – Qarabağ 0:0 (1-ci hissə)
Baş hakim:
 Sandro Şerer (İsveçrə)
Belfast. “Vindsor Park”..

Linfild: 1. Roan Ferqyuson, 2. Mark Stafford, 6. Cimmi Kallaxer, 8. Bastyan Heri, 9. Coel Kuper, 14. Şeyn Leyveri, 16. Mettyu Klark, 22 Ceymi Malqryu (k), 27. Endryu Mitçell, 31. Nayall Kuinn, 47. Kris Keysment.
Ehtiyat oyunçular: 40. Aleks Mur, 3. Ross Larkin, 7. Endryu Uoteruort, 10. Cordan Stüart, 12. Kirk Millar, 17. Daniel Kirns, 23. Rayan Makqivern.
Baş məşqçi: David Hili.
Qarabağ: 13. Vaqner da Silva, 2. Qara Qarayev, 5. Maksim Medvedev, 8. Miçel, 9. Xayme Romero, 10. Dani Kintana, 11. Mahir Emreli, 14. Rəşad Sadıqov (k), 17. Abdullah Zubir, 23. Faysal Rerras, 30. Abbas Hüseynov.
Ehtiyat oyunçular: Şahruddin Məhəmmədəliyev, 3. Aylton Silva, 6. Simeon Slavçev, 7. Araz Abdullayev, 18. İsmayıl İbrahimli, 21. Hacıağa Hacıyev, 99. Maqaye Qeye.
Baş məşqçi: Qurban Qurbanov.







Transfer