15 iyun 2025. Bazar günü

"Real Madrid" niderlandlı qapıçı üçün hərəkətə keçdi


  • Transfer
  • 17:37 11.05.2025
  • Oxunma sayı: 83
"Real Madrid" niderlandlı qapıçı üçün hərəkətə keçdi

“Real Madrid” yay transfer dönəmində ikinci qapıçı Andrey Luninin komandadan ayrılma ehtimalını nəzərə alaraq yeni qapıçı axtarışına başlayıb.

90deqiqe.Az-ın “The Sun"a istinadən yaydığı məlumata görə, ukraynalı qolkiper əsas heyətdə daha çox şans qazanacağı bir komandaya keçmək istəyir. Bu səbəbdən “Real” qapıçı bazarını araşdırmağa başlayıb və “Brayton”un 22 yaşlı qapıçısı Bart Verbruggen mümkün namizədlərdən biri kimi dəyərləndirilir.

İngiltərə təmsilçisi artıq Madrid klubunun niderlandlı qolkiperə marağından xəbərdardır. Lakin əsas sual Verbruggenin “Real Madrid”ə ehtiyat qapıçı kimi keçməyə razı olub-olmayacağıdır.

Tibo Kurtuanın bir nömrəli mövqeyini qoruduğu şəraitdə bu, Verbruggen üçün çətin qərar ola bilər.

“Real Madrid”in maraq dairəsində olan Bart Verbruggenin transferi ilə bağlı hələlik əsas sual açıq qalır. Belə ki, 22 yaşlı qapıçının Tibo Kurtuanın bir nömrəli mövqeyində olduğu komandaya ehtiyat oyunçu kimi qoşulmağa razı olub-olmayacağı dəqiq bilinmir.

Qeyd edək ki, nüfuzlu Transfermarkt portalı Bart Verbruggenin transfer dəyərini 25 milyon avro olaraq qiymətləndirir.







Transfer