14 dekabr 2025. Bazar günü

"Barselona" Arauxoya əvəzləyici tapıb


  • Transfer
  • 19:35 11.05.2025
  • Oxunma sayı: 124
"Barselona" Arauxoya əvəzləyici tapıb

"Barselona"nın müdafiəçisi Ronald Arauxonu kiminlə əvəz edə biləcəyi məlum olub.

90deqiqe.Az-ın “Fichajes”ə istinadən verdiyi məlumata görə, 26 yaşlı futbolçu yay transfer pəncərəsində ayrılmaq qərarına gəlsə, "Barselona" "İnter"in müdafiəçisi Alessandro Bastonini alacaq.

Bildirilir ki, Kataloniya təmsilçisinin idman direktoru Deko hesab edir ki, italyanların keyfiyyətləri "mavi qranatlar"a tam uyğundur.

Bu mövsüm uruqvaylı futbolçu bütün turnirlərdə 23 oyun keçirib, iki qol vurub və iki məhsuldar ötürmə edib. Futbolçunun mövsüm ərzində uzadılan "Barselona" ilə müqaviləsi 2031-ci ilə qədər nəzərdə tutulub. Transfermarkt mütəxəssisləri futbolçunun dəyərini 50 milyon avro qiymətləndirir.







Transfer

Murillo bu klubların hədəfində
  • Transfer
  • 23:59 11.12.2025
Murillo bu klubların hədəfində