14 iyun 2025. Şənbə

Mourinyo Abrahamı komandasında görmək istəyir


  • Transfer
  • 20:56 11.05.2025
  • Oxunma sayı: 71
Mourinyo Abrahamı komandasında görmək istəyir

"Fənərbağça"nın baş məşqçisi Joze Mourinyo hücum xəttini gücləndirmək üçün tanınmış futbolçu Tammi Abrahamın transferində maraqlıdır.

90deqiqe.Az-ın “Football Italia"ya istinadən yaydığı məlumata görə, hazırda icarə əsasında "Milan"da çıxış edən ingilis hücumçunun, “rossonerilər” tərəfindən tam transferi üçün addım atılmayacağı gözlənilir. Mourinyo isə Abrahamı yenidən komandasında görmək istəyir. Artıq İstanbul təmsilçisi futbolçunu agenti ilə əlaqə saxlayıb.

Xatırladaq ki, Tammi Abraham Mourinyo ilə iki il "Roma"da çalışıb. Bu müddət ərzində hücumçu 107 oyunda 36 qol vurub, 13 məhsuldar ötürmə edib və komanda ilə birlikdə UEFA Konfrans Liqasının qalibi olub.

“Fənərbağça”nın 27 yaşlı forvard üçün 15 milyon avro ödəməyə hazır olduğu bildirilir. Abraham bu mövsüm bütün turnirlərdə 44 matçda forma geyinib, 10 qol və 7 məhsuldar ötürmə ilə yadda qalıb.







Transfer