- Transfer
- 15:10 14.12.2025
"İnter" "Marsel"lə braziliyalı vinger Luis Enrikenin transferi ilə bağlı danışıqları davam etdirməyi planlaşdırır.
90deqiqe.Az-ın məlumatına görə, bu barədə jurnalist Fabrizio Romano "X" sosial şəbəkəsində (keçmiş Twitter) yazıb.
O “İnter”in iyunun 15-dən iyulun 13-dək ABŞ-da keçiriləcək futbol üzrə klublararası dünya çempionatı başlamazdan əvvəl Fransa klubundan yekun cavab istədiyini qeyd edib.
Daha əvvəl Luis Enrikenin artıq "İnter"ə keçməyə razı olduğu bildirilirdi. Tərəflər illik 2,5 milyon avro maaşla uzunmüddətli müqavilə imzalayıblar.
Luis Enrike 2020-ci ilin sentyabrından indiki klubunda oynayır. Əvvəllər bildirilirdi ki, “İnter”in baş məşqçisi Simone İnzaqi braziliyalı cinah oyunçusunu sağ yan mövqedə görür.