14 dekabr 2025. Bazar günü

"Yuventus" və "İnter" "Arsenal"ın müdafiəçisini transfer etmək istəyir


  • Transfer
  • 22:46 12.05.2025
  • Oxunma sayı: 149
"Yuventus" və "İnter" "Arsenal"ın müdafiəçisini transfer etmək istəyir

“Arsenal”ın polşalı müdafiəçisi Yakub Kivior yay transfer pəncərəsində klubunu dəyişə bilər.

90deqiqe.Az-ın “Football Insider”ə istinadən yaydığı məlumata görə,  25 yaşlı futbolçu ilə İtaliya nəhəngləri – “İnter” və “Yuventus” maraqlanır.

Polşalı oyunçu daha əvvəl A Seriyasında “Spezia” klubunun formasını geyinib və yenidən İtaliyaya qayıtmağa müsbət yanaşır.

Kivior daha əvvəl A Seriyasında “Spezia” klubunun formasını geyinib və yenidən İtaliya çempionatına qayıtmağa müsbət yanaşır.

Bundan başqa, Fransanın “Marsel” klubu da müdafiəçinin transferi ilə maraqlanır. Fransa təmsilçisinin futbolçunu heyətinə qatmaq üçün agenti ilə əlaqə saxladığı bildirilir.

Hazırda Kiviorun transfer dəyəri təxminən 22 milyon avro olaraq qiymətləndirilir. O, cari mövsümdə “Arsenal”ın heyətində Premyer Liqada 15 oyuna çıxıb və bir qola imza atıb.







Transfer

Murillo bu klubların hədəfində
  • Transfer
  • 23:59 11.12.2025
Murillo bu klubların hədəfində
Messinin dəyəri yenidən azaldı
  • Transfer
  • 20:27 11.12.2025
Messinin dəyəri yenidən azaldı