27 dekabr 2025. Şənbə

"Mançester Siti" "Nyukasl"ın müdafiəçisini transfer etmək istəyir

ingilis


  • Transfer
  • 21:27 13.05.2025
  • Oxunma sayı: 118
"Mançester Siti" "Nyukasl"ın müdafiəçisini transfer etmək istəyir

"Nyukasl Yunayted"in gənc müdafiəçisi Tino Livramento "Mançester Siti"nin maraq dairəsinə düşüb.

90deqiqe.Az -ın məlumatına görə, Mançester klubu 22 yaşlı futbolçunu yay transfer pəncərəsində transfer edə bilər. "Şəhərlilər" artıq futbolçunun agenti ilə ilkin əlaqə saxlayıb.

Qeyd edək ki, hazırda ekspertlər "Çelsi"nin gənc məhsulunun transfer dəyərini 35 milyon avro qiymətləndirirlər. 

İngilis  futbolçunun "sağsağanlar"la hazırkı müqaviləsi 2028-ci ilin iyun ayına qədərdir. Bundan əvvəl müdafiəçi "Sauthempton"da da oynamağı bacarıb.







Transfer

“Əl-Hilal”dan “Real”a
  • Transfer
  • 23:18 25.12.2025
“Əl-Hilal”dan “Real”a