15 iyun 2025. Bazar günü

"Mançester Siti" "Barselona"nın yarımmüdafiəçisini istəyir


  • Transfer
  • 21:36 13.05.2025
  • Oxunma sayı: 61
"Mançester Siti" "Barselona"nın yarımmüdafiəçisini istəyir

“Mançester Siti” “Barselona”nın hücumameylli yarımmüdafiəçisi Daniel Olmo ilə maraqlanır.

90deqiqe.Az “Relevo”ya istinadən xəbər verir ki, “Siti”nin baş məşqçisi Xosep Qvardiola həm qol vəziyyətləri yarada, həm də onları dəqiq tamamlayaraq fərqlənə bilən Olmonu heyətində görmək istəyir.

Lakin ispan futbolçunun İngiltərə klubuna mümkün keçidinə mane olan bir sıra amillər var. Əsas səbəblərdən biri Olmonun “Barselona” akademiyasının yetirməsi olması və uşaqlıqdan bəri formasını geyinmək arzusunda olduğu “Blauqrana”dan ayrılmaq istəməməsidir.

27 yaşlı futbolçu bu mövsüm bütün turnirlərdə 36 oyun keçirib, 11 qol vurub və 6 məhsuldar ötürmə edib. Futbolçunun klubla hazırkı əmək müqaviləsi 2030-cu ilin yayına kimi nəzərdə tutulub.Transfermarkt portalında verilən məlumata görə, futbolçunun bazar dəyəri 60 milyon avrodur.







Transfer