14 dekabr 2025. Bazar günü

Qyokeresin "Arsenal"dakı mümkün maaşı açıqlanıb


  • Transfer
  • 22:17 13.05.2025
  • Oxunma sayı: 132
Qyokeresin "Arsenal"dakı mümkün maaşı açıqlanıb

“Arsenal” “Sportinq”in hücumçusu Viktor Qyokeresi transfer etmək niyyətindədir və artıq futbolçunun potensial maaşı ilə bağlı ilkin hesablamalar aparılıb.

90deqiqe.Az “A Bola”ya istinadən xəbər verir ki, London klubu isveçli forvarda mövsüm ərzində 8 milyon avrodan bir qədər artıq maaş təklif etməyi planlaşdırır.

Qyokereslə bir sıra Avropa klubları da maraqlanır. Bununla belə, tərəflər arasında hələlik rəsmi danışıqlar başlanmayıb. Danışıqların mövsüm başa çatdıqdan sonra aparılması gözlənilir.

Bu mövsüm 26 yaşlı futbolçu 50 matçda 52 qol vurub və bütün Avropa çempionatlarının bombardiri olan "Qızıl buts"u qazanmaq uğrunda mübarizəni davam etdirir.







Transfer

Murillo bu klubların hədəfində
  • Transfer
  • 23:59 11.12.2025
Murillo bu klubların hədəfində