- Transfer
- 05:44 15.06.2025
“Fənərbağça”nın baş məşqçisi Joze Mourinyo klubun yay transfer pəncərəsində Ceydon Sançonu heyətə qatmaq planına razılıq verib.
90deqiqe.Az “Yeni Asır”a istinadən xəbər verir ki, hazırda icarə əsasında “Çelsi”nin formasını geyinən 25 yaşlı futbolçunun transfer hüquqları “Mançester Yunayted”ə məxsusdur.
“Çelsi” Sançonun məcburi satınalma şərtindən imtina etmək üçün cərimə ödəməyə hazırdır. Bu isə futbolçunun yayda başqa kluba keçidini mümkün edir.
Nüfuzlu Transfermarkt portalı Ceydon Sançonu 30 milyon avro dəyərində qiymətləndirir. Futbolçunun "Mançester Yunayted"lə hazırkı müqaviləsi 2026-cı ilin ortalarına qədərdir.