14 iyun 2025. Şənbə

"Bayer"in futbolçusu "Real Madrid"ə keçmək istəyir


  • Transfer
  • 12:13 14.05.2025
  • Oxunma sayı: 57
"Bayer"in futbolçusu "Real Madrid"ə keçmək istəyir

"Bayer Leverkuzen"də çıxış edən müdafiəçi Pyero İnkapi İspaniya çempionatına keçmək istəyir.

90deqiqe.Az “El Chiringuito”ya istinadən xəbər verir ki, 23 yaşlı futbolçu gələn mövsümdən ispaniyalı Xabi Alonsonun çalışdıracağı "Real Madrid"ə keçmək niyyətindədir.

Ekvadorlu futbolçu, onun transferi ilə bağlı Los Blancos ilə danışıqlar aparmaq üçün "Bayer"ə təzyiq göstərir. Pyeronun "əczaçılar"la müqaviləsi 2029-cu ilin ortalarına qədərdir. Futbolçunun transfer dəyəri 50 milyon avro olaraq qiymətləndirilir. 

Cari mövsümdə İnkapi 44 oyun keçirib, üç qol vurub və iki məhsuldar ötürmə edib.







Transfer