- Transfer
- 12:47 14.06.2025
Almaniya millisinin və “Bayer”in yarımmüdafiəçisi Florian Virts “Mançester Siti”yə transfer oluna bilər.
90deqiqe.Az "Sky Sports"a istinadən xəbər verir ki, İngiltərə təmsilçisi futbolçunun transferi ilə bağlı Leverkuzen klubu ilə danışıqlar aparıb və tərəflər arasında artıq şifahi razılıq əldə olunub.
Qeyd olunur ki, 22 yaşlı futbolçunun “Bayer”lə mövcud müqaviləsi 2027-ci ilin yayına qədər qüvvədədir. Transfermarkt portalı Virtsin bazar dəyərini 140 milyon avro olaraq qiymətləndirir.
Florian Virts 2023/24 mövsümündə Bundesliqada yüksək performansla yadda qalıb. O, çempionatda 30 oyunda iştirak edərək 10 qol və 12 məhsuldar ötürmə ilə fərqlənib.