14 iyun 2025. Şənbə

De Xea İstanbul nəhənginə keçə bilər


  • Transfer
  • 14:43 14.05.2025
  • Oxunma sayı: 60
De Xea İstanbul nəhənginə keçə bilər

Hazırda A seriyasında "Fiorentina"da çıxış edən qapıçı David de Xea Türkiyə Superliqasına keçə bilər.

90deqiqe.Az "Todofichajes"ə istinadən xəbər verir ki, 34 yaşlı qolkiperlə "Fənərbağça" klubu maraqlanır. De Xea İstanbul nəhənginə azad agent kimi keçə bilər, çünki onun bənövşələr ilə müqaviləsi 2025-ci ilin iyun ayının sonuna kimidir. Türkiyə klubu artıq ispaniyalı qolkiperin agenti ilə əlaqə saxlayıb.

Futbolçunun transfer dəyəri 5 milyon avro olaraq qiymətləndirilir. İtaliya çempionatının cari mövsümündə David Florensiya yığmasının heyətində 33 oyun keçirib. O, 11 oyunda 34 qol buraxıb və qapısını təmiz saxlayıb.







Transfer