- Transfer
- 23:58 14.04.2026
Atletiko'nun futbolçusu Nikola Kaliniç yenidən İtaliyaya qayıda bilər.
Corner.az-ın xarici mətbuata istinadən məlumatına görə, Roma xorvatiyalı hücumçu ilə yaxından maraqlanır.
Paytaxt klubunun çalışdırıcısı Paulo Fonseka Kaliniçi heyətində görmək istədiyini rəhbərliyə bildirib. "Roma" 31 yaşlı futbolçunu icarəyə götürmək istəyir və klublar arasında ilkin danışıq müsbət nəticələnib. Gələn həftə keçidin rəsmiləşməsi gözlənilir.
Qeyd edək ki, Nikola Kaliniç "Atletiko"dan əvvəl İtaliyada "Fiorentina" və "Milan"da çıxış edib.