- Transfer
- 12:26 14.06.2025
Yarımmüdafiəçi Xavi Simons yay transfer pəncərəsində "Leyptsiq" klubunu tərk etmək istədiyini bildirib.
90deqiqe.Az-ın məlumatına görə, bu barədə jurnalist Fabrizio Romano "X" sosial şəbəkəsində (keçmiş Twitter) yazıb.
Onun sözlərinə görə, 22 yaşlı futbolçu artıq bu istəyini klub rəhbərliyinə çatdırıb. Simonsun xidmətində "Bavariya" və İngiltərə Premyer Liqasının adı açıqlanmayan klubları maraqlıdır. Futbolçunun transferi üçün 75 milyon avro ödənilməsi gözlənilir.
Niderlandlı oyunçu "Barselona"ya keçmək arzusundadır, lakin hazırda bu mümkün deyil.
Ümumilikdə, o, mövsüm ərzində bütün yarışlarda 34 oyun keçirib, 10 qol vurub və 8 məhsuldar ötürmə edib.