- Transfer
- 23:58 14.04.2026
PSV-nin hücumçusu İrvin Losano karyerasını “Napoli”də davam etdirəcək.
Corner.az xəbər verir ki, bu haqda İtaliya klubunun saytı məlumat yayıb. Meksikalı futbolçuya görə 40 milyon avro təzminat ödənilib. “Bu klubun tarixində ən bahalı transferdir” – deyə məlumatda bildirilib.
24 yaşlı futbolçu ilə 5 illik müqavilə imzalanıb.
Qeyd edək ki, ötən mövsüm Losano PSV-nin heyətində Hollandiya çempionatında 30 matçda meydana çıxıb, 17 qol vurub, 11 qolun isə ötürməsi ilə yadda qalıb.