28 mart 2026. Şənbə

"Liverpul" Dodonu heyətinə qatmaq istəyir


  • Transfer
  • 23:06 14.05.2025
  • Oxunma sayı: 150
"Liverpul" Dodonu heyətinə qatmaq istəyir

"Fiorentina"nın sağ cinah müdafiəçisi Dodo "Liverpul"un maraq dairəsinə düşüb.

90deqiqe.Az xəbər verir ki, İngiltərə təmsilçisinin nümayəndələri artıq bu məsələ ilə bağlı futbolçunun agentləri ilə ilkin danışıqlara başlayıblar.

"Liverpul"un marağına səbəb Dodonun 2027-ci ilin yayında başa çatacaq mövcud müqaviləsini uzatmaq istəməməsidir. Onun klubla apardığı danışıqlar nəticəsiz qalıb və dalana dirənib.

Mersisayd klubundan başqa, yarımmüdafiədə də oynaya bilən 26 yaşlı braziliyalını "Barselona" və "İnter" də izləyir.

Dodo bu mövsüm bütün turnirlərdə 44 oyun keçirib, 12 sarı vərəqə qazanıb və 6 məhsuldar ötürmə edib.







Transfer