- Transfer
- 15:10 14.12.2025
Braziliyalı hücumçu Vinisius klub sahibi kimi karyerasına başlayıb.
90deqiqe.Az xəbər verir ki, “Real Madrid”in futbolçusu Braziliyanın ikinci liqasında çıxış edən “Atletik” klubunu satın alıb.
“Real Madrid”in ulduzu artıq yeni klubunun rəsmi formasında kuboklar fonunda şəkil çəkdirib. O, zərif gödəkçə və qalstukda ictimaiyyət qarşısına çıxaraq klub sahibi kimi təqdim olunub.
Hazırda “Atletik” komandası Braziliya futbolunun ikinci liqasında mübarizə aparır və turnir cədvəlində 15-ci pillədə qərarlaşıb.
Azarkeşlər Vinisiusun ilk qərarlarını səbirsizliklə gözləyirlər.
Qeyd edək ki, Vinisius bu addımı ilə 20 il əvvəl eyni yolu seçmiş həmyerlisi Ronaldo Nazarionun yolunu davam etdirir. Xatırladaq ki, Ronaldo İspaniyanın “Valyadolid” klubunun sahibi olmuşdu. Lakin onun rəhbərliyi altında klubun fəaliyyəti azarkeşlər arasında ciddi narazılıq doğurmuşdu.