- Transfer
- 00:08 16.07.2025
İtaliyalı qanad oyunçusu Federiko Kyeza "Yuventus"dan ayrılmağa yaxındır.
90deqiqe.Az "La Gazzetta dello Sport"a istinadən xəbər verir ki, futbolçu "Napoli" ilə mümkün transferi müzakirə edir.
Tərəflər arasındakı danışıqlar artıq qabaqcıl mərhələyə çatıb. Söhbət satınalma imkanı olan icarə müqaviləsindən gedir. "Napoli" artıq "Yuventus"a rəsmi təklif göndərib.
"Qoca sinyora" isə müqaviləyə məcburi satınalma bəndinin əlavə edilməsində israrlıdır. Kyesa isə karyerasını İtaliyada davam etdirmək variantına müsbət yanaşır və bu keçidə ümidlə baxır.
Bu mövsüm 13 matçda Federiko Kyeza 2 qol vurub və 2 məhsuldar ötürmə edib.