15 aprel 2026. Çərşənbə

Lill Bavariya'nın futbolçusunu alır


  • Transfer
  • 15:06 23.08.2019
  • Oxunma sayı: 429
Lill Bavariya'nın futbolçusunu alır

Bavariya'nın yarımmüdafiəçisi Renato Sançes karyerasını Fransada davam etdirə bilər.

Corner.az-ın xarici mətbuata istinadən məlumatına görə, 22 yaşlı futbolçu "Lill"ə keçməyə hazırlaşır.

Klublar arasında ilkin danışıqlar müsbət yekunlaşıb. Razılığa əsasən, Fransa təmsilçisi bu transfer üçün 25 milyon avro ödəyəcək. Yaxın günlərdə Sançesin Fransaya yollanaraq tibbi müayinədən keçdikdən sonra "Lill" ilə 5 illik müqavilə bağlayacağı gözlənilir.

Qeyd edək ki, Renato Sançes "Bavariya"ya 2016-cı ildə "Benfika"dan transfer olunub.







Transfer