- Transfer
- 00:41 14.07.2025
"Milan"ın yarımmüdafiəçisi Tijani Reynders İspaniya nəhəngi "Real Madrid"in maraq dairəsinə düşüb.
90deqiqe.Az "Marca"ya istinadən xəbər verir ki, Madrid klubu futbolçunun transferi üzərində iş aparır və yaxın günlərdə rəsmi təklif təqdim edə bilər.
Məlumata görə, Reyndersin transfer dəyəri 50 milyon avro civarındadır. "Milan" yalnız növbəti mövsüm avrokuboklara vəsiqə qazana bilmədiyi halda bu məbləğdə güzəştə getməyə hazırdır.
Niderlandlı futbolçu cari İspaniya çempionatında 51 oyunda iştirak edib. O, bu matçlarda 15 qol vurub və 5 məhsuldar ötürmə ilə yadda qalıb.