- Transfer
- 01:45 14.06.2025
"Monako" klubu "Bavariya" klubunda çıxış edən müdafiəçi Erik Dayerin transferini rəsmiləşdirib.
90deqiqe.Az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
Açıqlamaya görə, 31 yaşlı futbolçu ilə 2028-ci ilin 30 iyun tarixinədək qüvvədə olacaq üç illik müqavilə imzalanacaq. Müqavilə iyulun 1-dən etibarən qüvvəyə minəcək.
Qeyd edək ki, ingilis futbolçu peşəkar karyerasına Portuqaliyanın "Sportinq" klubunda başlayıb. Daha sonra o, İngiltərənin "Tottenhem" və Almaniyanın "Bavariya" klublarında çıxış edib. O, 2023/2024 mövsümündə "Bavariya" ilə Bundesliqa çempionu olub.