28 mart 2026. Şənbə

3 Premyer Liqa nəhəngi Lukumini istəyir


  • Transfer
  • 11:14 15.05.2025
  • Oxunma sayı: 130
3 Premyer Liqa nəhəngi Lukumini istəyir

"Bolonya"nın mərkəz müdafiəçisi Con Lukumi karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.

90deqiqe.Az "TBR Football"a istinadən xəbər verir ki, 26 yaşlı futbolçunun xidmətində "Liverpul", "Tottenhem" və "Çelsi" maraqlıdır.

Yay transfer pəncərəsində sözügedən klublar kolumbiyalı futbolçu üçün mübarizə aparacaq. Artıq klublar futbolçunun agenti ilə ilkin əlaqədə saxlayıb.

Bu mövsüm Lukumi bütün turnirlərdə 42 oyun keçirib, 1 qol vurub və 1 məhsuldar ötürmə edib.

Lukuminin "Bolonya" ilə müqaviləsi 2026-cı ilin yayına kimi nəzərdə tutulub.Transfermarkt-ın məlumatına görə, müdafiəçi 18 milyon avroya qiymətləndirilir.







Transfer