- Transfer
- 23:59 26.12.2025
Braziliya millisinin və "Real"ın hücumçusu Rodriqo İngiltərə Premyer Liqasına keçə bilər.
90deqiqe.Az "AS" nəşrinə istinadən xəbər verir ki, 24 yaşlı forvardın xidmətində iki top-klub maraqlıdır. Söhbət “Arsenal” və “Mançester Siti” komandalarından gedir. Sözügedən klublar artıq braziliyalının agenti ilə əlaqə saxlayıb.
Daha əvvəl mətbuatda Rodriqonun “Real”dakı mövqeyindən narazı olduğu və klubunu dəyişməyi düşündüyü qeyd olunmuşdu.
Futbolçunun "kral" klubu ilə müqaviləsi 2028-ci ilin ortalarına qədərdir. Transfermarkt portalı hücumçunun dəyərini 100 milyon avro qiymətləndirir.