18 iyun 2025. Çərşənbə

PSJ-nin yeni hədəfi odur


  • Transfer
  • 14:11 15.05.2025
  • Oxunma sayı: 67
PSJ-nin yeni hədəfi odur

Dortmund "Borussiya"sının hücumçusu Seru Qirassi karyerasını Fransa çempionatında davam etdirə bilər.

90deqiqe.Az "Get Football News"a istinadən xəbər verir ki, PSJ 29 yaşlı hücumçunun xidmətində maraqlıdır. Qirassi yay transfer pəncərəsində parislilərin baş məşqçisi Luis Enrike üçün prioritet hədəfdir. Paris klubu artıq futbolçunun agenti ilə əlaqə saxlayıb.

Transfermarkt qvineyalının bazar dəyərini 40 milyon avro qiymətləndirir. Onun "Borussiya" ilə müqaviləsi 2028-ci ilin iyunun sonuna kimidir.

Qirassi cari Bundesliqa mövsümündə Dortmund komandasının heyətində 29 oyun keçirib. Hücumçu 20 qol vurub, 2 məhsuldar ötürmə edib.







Transfer