15 iyun 2025. Bazar günü

"Beşiktaş"ın sabiq hücumçusu "Qarabağ"da?


  • Transfer
  • 14:38 15.05.2025
  • Oxunma sayı: 135
"Beşiktaş"ın sabiq hücumçusu "Qarabağ"da?

Kamerunlu hücumçu Vinsent Abubakarın yeni ünvanı ilə bağlı maraqlı iddia irəli sürülüb.

90deqiqe.Az Türkiyənin "Fanatik" nəşrinə istinadən xəbər verir ki, 32 yaşlı futbolçu karyerasını Azərbaycanda davam etdirə bilər.

Məlumata görə, Vinsent Aboubakar Azərbaycan çempionu “Qarabağ” klubu ilə danışıqlar aparır. Tərəflər arasında ilkin təmasların başladığı bildirilir.Lakin hələlik bu məlumat nə klub, nə də futbolçu tərəfindən rəsmi şəkildə təsdiqlənməyib.

Hazırda azad agent statusunda olan təcrübəli forvard bu yaxınlarda “Hatayspor”la müqaviləsini qarşılıqlı razılıq əsasında ləğv edib. Onun yeni mövsümdə karyerasını harada davam etdirəcəyi yaxın günlərdə dəqiqləşəcək.

33 yaşlı futbolçu bu mövsüm Superliqa və Türkiyə Kuboku da daxil olmaqla ümumilikdə 28 matçda forma geyinib.

Abubakar bu matçlarda 8 qol vurub və 2 məhsuldar ötürmə edib.







Transfer