- Transfer
- 23:11 19.06.2025
"Liverpul" Ceremi Frimponqun transferi ilə bağlı mühüm irəliləyiş əldə edib.
90deqiqe.Az xəbər verir ki, İngiltərə təmsilçisi "Bayer Leverkuzen"in müdafiəçisi Ceremi Frimponqla müqavilə imzalamağa yaxındır.
Tərəflər arasında danışıqlar fəal şəkildə davam edir və artıq sövdələşmənin son detalları üzərində iş aparılır.
24 yaşlı futbolçunun özü də “Enfild”ə keçməyə və “Liverpul”un yeni baş məşqçisi Arne Slotun rəhbərliyi altında çıxış etməyə hazır olduğunu bildirib.
Niderlandlı futbolçunun "Bayer Leverkuzen"lə müqaviləsində 35-40 milyon avro məbləğində satınalma maddəsi yer alır və “Liverpul” bu məbləği ödəməyə hazırdır.
Qeyd edək ki, Frimponq cari mövsümdə Avropanın ən məhsuldar cinah müdafiəçilərindən biri kimi çıxış edib.